21 may 2019 tarixində,Beyləqan Şəhər gənclər mərkəzində, Beyləqan Şəhər baş polis idarəsinin rəisi Cənab Rəşid Piriyevin yeniyetmə və gənclərlə görüşü olmuşdur. Görüşün əsas mövzusu; narkotik maddələr və psixotrop dərmanların insan orqanizminə və pisixikasına vurdugu zərər, narkotik asılılığı olan insanların cinayətə meyilliyinin səbəbləri və narkotik vasitələrin dövlətimizin ərazisinə daxilinin qarşısının alınması üçün görüən tədbirləri əhatə etmişdir.

P.S

Bir Beyləqan sakini olaraq, cənab Piriyevin şəhərə rəis təyin olunduğu zamandan cinayətkarlığa qarşı mübarizənin güclənməsi və kriminal ünsürlərin aradan yığışdırılmasının sevindirici hal olduğunu vurğulamaq istərdim.

Cenab Piriyev – yeniyetmə və gəncləri saglam həyat, sağlam düşüncə və sağlam amal prnsipini rəhbər tutaraq yaşamağa çağıran, vətənpərvər insanın bariz nümunəsidir.

Vüsalə Əbilqızı